Ernst & Young şirkətinin təşkilatçılığı ilə tədbir keçirildi
31.05.2019 / Xəbərlər31 may 2019-cu il tarixində Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Ernst & Young şirkətinin təşkilatçılığı ilə qlobal tədbir keçirilir. Tədbirdə “Ernst & Young” Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “EU4Digital” proqramının 6 istiqaməti üzrə 2019-2021-ci illərdə Şərq Tərəfdaşlığı ölkələrində həyata keçiriləcək layihələr barədə ölkə təqdimatı edilir.
Tədbirdə Avropa Komissiyasının, “Ernst & Young”ın nümayəndələri, ölkəmizdə elektron ticarət, elektron gömrük, rəqəmli etimad və təhlükəsizlik, İKT innovasiya, elektron təlim, elektron səhiyyə sahələrində çalışan dövlət, özəl, ictimai təşkilatların nümayəndələri iştirak edir.
Tofiq Babayev AMEA-nın İSİ “Xarici əlaqələr və İnnovasiya” söbəsinin müdiri, AB-nin EU4Digital elektron ticarət məsələləri üzrə eksperti kimi tədbirdə iştirak edir.