“Avropa Birliyi HORİZON 2020 proqramında Azərbaycan alimlərinin iştirakı” elmi seminarı keçirildi
07.06.2019 / Xəbərlər07 iyun 2019-cu il Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Avropa Birliyi HORİZON 2020 proqramında Azərbaycan alimlərinin iştirakı” mövzusunda elmi seminar keçirildi. Seminarda Universitetin müəllim və professor heyyətinin və gənc alimlərin əsasən ingilis dilli nümayəndələri, Yaşar Ömərov, HORİZON 2020 Proqramının Maria Sklodovskaya-Küri Təqaüd Programı üzrə milli təmsilçisi, Azərbaycan Təhsil Nazirliyi, Rüfət Əfəndiyev, HORİZON 2020 Proqramının maliyyə əlçatanlığı üzrə milli təmsilçisi, AMEA İqtisadiyyat İnstitutu, iştirak etdilər.
AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin dəstəyi ilə keçirilən seminarda İSİ-nin “Xarici Əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, HORİZON 2020 Proqramının Qanunvericilik və Maliyyə üzrə Azərbaycan üzrə təmsilçisi, AB-nin “HDM İnitiatives” layihələrinin elektron ticarət məsələləri üzrə eksperti Tofiq Babayev HORİZON 2020 Proqramına həsr edilmiş təqdimatla çıxış etdı. T.Babayev təqdimatında AB-nin Eımi Tədqiqat Çərçivə proqramlarının tarixi, AB-nin EUROPE 2020 Strategiyası, HORİZON 2020 Proqramının tərkib hissələri, tədqiqatçıların proqramda iştirak və qeydiyyat qaydaları, layihə tenderlərinin axtarışı, layihələrin növləri, konsorsium yaradılması barədə seminar iştirakçılarına geniş məlumat verildi.
19-20 Sentyabr 2019 cu il Helsinki şəhərində keçiriləcək İKT 2019 Konfransında Azərbaycan alimlərinin iştirakı imkanları barədə məlumat verildi.
Eyni zamanda HORİZON 2020-nin davamı olan 2021-2017-ci illəri əhatə edən yeni HORİZON EUROPE Çərçivə Proqramı barədə məlumat verilmişdir.
Təqdimatda xüsusi olaraq azərbaycan alim və tətqiqatçıların HORİZON 2020-də iştirakı imkanları və onun qenişləndirilməsi barədə məlumat verildi.
Təqdimat ətrafında müzakirələr aparıldı və verilən suallar cavablandırıldı.