“EU4Digital” layihəsi çərçivəsində Elektron Ticarət üzrə İşçi Qrupunun 6-cı iclası keçirilmişdir
05.06.2019 / Xəbərlər4-5 iyun 2019-ci il tarixlərdə Belarusun Minsk şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edə “EU4Digital” layihəsi çərçivəsində Elektron Ticarət üzrə İşçi Qrupunun 6-cı iclası keçirilmişdir.
İclasda Azərbaycanı AMEA İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Qanunvericilik və Maliyyə istiqaməti üzrə Milli təmsilçisi, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə ekspert Tofiq Babayev, Azərbaycan Respublikasını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları nazirliyinin Məlumat hesablama Mərkəzəinin baş mütəxəssisi Nadir Rəsulov və Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi şöbə müdiri Rauf Quliyev, EU4Digital layihəsində Azərbaycan Gömrük Komitəsinin nümayəndəsi təmsil etmişlər.
İclasın əsas məqsədi İşçi Qrupunun Fəaliyyət Planına daxil olan layihələr üzrə ekspert qiymətləndirməsinin aparılması və 2019-2021 illər üzrə Avropa Komissiyasının elan etdiyi tender çərçivəsində həyata keçiriləcək layihələrin seçilməsi ilə bağlı müzakirələrin aparılması olmuşdur.
Görüş zamanı Dövlət Gömrük Komitəsinin nümayəndəsi Rauf Guliyev “Gömrük xidmətləri arasında ilkin məlumat mübadiləsi” mövzusunda müzakirələrdə iştirak etmiş və Azərbaycan Gömrük Komitəsində Azərbaycan-Gürcüstan, Azərbaycan Ukrayna arasındə electron informasiya mübadıləsi barədə məlumat vermişdir.
İşçi Qrupunun üzvləri tərəfindən rəqəmsal nəqliyyat və loqistika dəhlizlərinin inkişaf etdirilməsi, ölkələrarası elektron ticarət platformalarının yaradılması, elektron imzaların qarşılıqlı tanınması yolu ilə ticarət və nəqliyyat sənədlərinin rəqəmsal mühitdə təqdim edilməsi, Şərq Tərəfdaşlığı ölkələrinin milli qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyi ilə uzlaşdırılması və s. kimi məsələlər müzakirə edilmişdir.
Müzakirə edilən Əsas mövzulardan biri EU4Digital layihəsi çərçivəsində E&Y şirkəti tərəfindən 2019-2021 ci illr ərzində yerinə yetiriləcək elektron ticarət pilot lahiyələrində Şərq Tərəfdaşlıq ölkələrinin iştirakı məsələsi idi.
Tədbirdə çıxış edən Tofiq Babayev Azərbaycanın təklif edilən elektron ticarət pilot lahiyələrinin hamısında içtirak etməsənı hazır olduğunu bildirmişdir.