Avropa Komissiyasının "Horizon 2020" Proqramı üzrə növbəti maarifləndirici seminarı keçirilib
01.07.2019 / XəbərlərAMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının "Horizon 2020" Proqramı üzrə növbəti maarifləndirici seminarı keçirilib.
Seminarda AMEA-nın elmi müəssisə və təşkilatlarının gənc alimləri, beynəlxalq əlaqələr üzrə məsul şəxsləri, Azərbaycanın digər elm və təhsil ocaqlarının əməkdaşları, həmçinin dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri idarənin rəisi, b.ü.f.d., dosent Esmira Əlirzayeva açaraq 2014-2019-cu illər ərzində Azərbaycan alimlərinin bu proqramdan istifadəsi, problemlər və perspektivlər haqqında məlumat verib. O, alimləri proqramın geniş imkanlarından yararlanmağa, beynəlxalq əməkdaşlığı genişləndirməyə və xarici həmkarları ilə elmi şəbəkələrə qoşulmağa dəvət edib.
Sonra "Horizon 2020" Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri layihənin müxtəlif istiqamətləri üzrə cari imkanlar və çağırışlarla əlaqəli seminar iştirakçılarını məlumatlandırıb.
İSİ-nin “Xarici Əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, HORİZON 2020 Proqramının Qanunvericilik və Maliyyə üzrə Azərbaycan üzrə təmsilçisi, AB-nin “HDM İnitiatives” layihələrinin elektron ticarət məsələləri üzrə eksperti Tofiq Babayev cari "Face-to-Face" görüşləri və elmi əməkdaşlığın qurulmasında onların əhəmiyyətini diqqətə çatdırıb və dinləyiciləri bu imkanlardan istifadəyə təşviq edib. Seminarda İSİ-nin aparıcı elmi işçiləri Səbziyev Elxan və Anar Rəhimov da iştrak edib.
Sonda təqdimatlar ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.