“Azərbaycandilli vikipediyada Macarıstan ilə bağlı informasiya boşluğunun aradan qaldırılması” adlı təqdimat
27.06.2019 / XəbərlərMərkəzi Elmi Kitabxanada 27 iyun 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və Macarıstanın Azərbaycandakı Səfirliyi “Azərbaycandilli vikipediyada Macarıstan ilə bağlı informasiya boşluğunun aradan qaldırılması” adlı təqdimat keçirib.
Təqdimatda Mərkəzi Elmi Kitabxananın Azərbaycan-Macarıstan mədəni-elmi əlaqələrinə verdiyi töhfədən, hazırlanmış informasiya materiallarından, keçirilmiş birgə tədbirlərdən, qarşılıqlı informasiya mübadiləsindən, Mərkəzi Elmi Kitabxananın Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Macarıstan haqqında yaradılmış 250-dən artıq viki-məqalədən və tam yeni hazırlanmış portaldan bəhs olunub.
AMEA-nın elmi müəssisə və təşkilatları, ali təhsil ocaqları və media qurumlarının nümayəndələrinin iştirak edəcəyi tədbirdə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi və AMEA vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli çıxış ediblər. Təqdimatda İSİ-nin “Xarici Əlaqələr və İnnovasiya” şöbəsinin əməkdaşı Valeriya Puşnova da iştrak edib.