İSİ-nin əməkdaşı Ağası Məlikov beynəlxalq konfransda iştirak etdi
30.06.2019 / Xəbərlər26-30 iyun 2018-ci il tarixində Saratovda " Информационные технологии и математическое моделирование» (Information Technologies and Mathematical Modelling, ITMM 2019) mövzusunda XVIII A.F Terpuqov adına beynəlxalq konfrans keçirildi.
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 2.3 saylı «Teleqrafik nəzəriyyəsi» laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, t.e.d., professor Məlikov Ağası «Refined Approximate Algorithms for Steady-State Probabilities of the Large Scale Queuing Systems with Instantaneous and Delayed Feedbacks" adlı mövzunu konfransa təqdim edib.