Akademik Asəf Hajıyev Qafqaz Riyaziyyatçıları Cəmiyyətinin 3-cü konfransında iştirak etmişdir
29.08.2019 / Xəbərlər26-29 avqust 2019-cu il tarixlərində, Rostovda, Rusiyanın Cənubi Federal universitetində Qafqaz Riyaziyyatçıları Cəmiyyətinin 3-cü konfransı keçirilmişdir. Konfrans Avropa Riyaziyyatçıları Cəmiyyətinin iştrakı ilə təşkil olunmuşdur və 10 ölkədən (Almaniya, İtaliya, Norvegiya, Rusiya, Türkiyə, Gürcüstan və d.) 70-ə yaxın riyaziyyatçı iştrak etmişdir.
Akademik Asəf Haciyev konfransda “Ehtimal nəzəriyyəsinin paradoksal nəticələri” mövzusunda plenar məruzə ilə çıxış etmişdi. Konfransa müxtəlif ölkələrdən gənc riyaziyatçıər dəvət olunmuşdur. Azərbaycanlı gənc riyaziyatçılar Samid Məlik (Bakı Ali Neft Məktəbinin əməkdaşı) və Əli Həmidoğlu (İstanbul Texnik Universitetinin doktorantı) plenar məruzələrlə çıxış etmişlər.
Konfrans zamanı A.Haciyev Avropa Riyaziyatçılari Cəmiyyətinin Prezidenti Prof. Volker Mehrmannla görüşmüşdür. Görüşdə Azərbaycan Riyaziyatçıları Cəmiyyəti və Avropa Riyaziyatçıları Cəmiyyəti arasında əməkdaşlıq məsələləri və Azərbaycan Riyaziyatçıları Cəmiyyətinin bu quruma üzv olması məsələsi müzakirə edilmişdir.