İSİ-nin əməkdaşları Helsinki şəhərində ICT Proposers' Day 2019 Digital Excellence Forumda iştirak edəcəklər
12.09.2019 / Xəbərlər19-20 sentyabr 2019-cu il tarixlərində Finlandiyanın Helsinki şəhərində HORİZON2020-nin müsabiqələrində iştirak etmək və layihə təklifi vermək istəyənlər üçün ICT Proposers' Day 2019 Digital Excellence Forumda Face-2-Face Əlaqələndirmə adlı tədbir keçiriləcəkdir.
Tədbirdə İdarəetmə Sistemləri İnstitutunun (İSİ-nin) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, HORİZON 2020 Proqramının Qanunvericilik və Maliyyə üzrə Azərbaycanın milli təmsilçisi Tofiq Babayev iştirak edərək, İSİ-nin 1.8 saylı “Qeyri-stasionar proseslərin real vaxt rejimində analizi üsulları” laboratoriyasının rəhbəri t.f.d. Tahir Əlizadənin “Noise Monitoring of the Condition of Offshore Platforms”, 1.7 saylı “İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasınin rəhbəri r.ü.f.d. Gülçin Abdullayevanın “Developing The Intelligent System for Treatment of Musculoskeletal Infections (Msi) Patients ”, Azərbaycan Texniki Universiteti və İSİ-lə birlikdə hazırlanmış “Using the Theory of Fuzzy Sets and Noise Analysis Technologies to Improve The reliability and Safety of the Control of the Chassis of a Railroad Truck” layihələrini ikitərəfli görüşlərdə təqdim edəcəkdir.
Eyni zamanda İSİ-nin aparıcı elmi işçisi Elxan Səbziyev layihə təklifi ilə Forumda fəal iştirak edəcəkdir.