İSİ MDB üzrə keçirilən Avrasiya patentləri müsabiqəsinin laureatlarına mükafatlarının təltifetmə mərasimində iştirak etmişdir
16.09.2019 / Xəbərlər09 sentyabr 2019-cu il tarixində Qazaxstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya İxtiraçılıq Sahəsində Mükafatlarla qaliblərinin (laureatların) mükafatlandırılması Avrasiya Patent Konvensiyasının (AAPK) imzalanmasının 25 illiyinə həsr olunmuş təntənəli mərasim çərçivəsində keçirilmişdir.
Texnologiyanın müəyyən sahələrində ixtiraları təşviq etmək üçün təsis edilmiş nominasiya üzrə Avrasiya Mükafatı laureatları, ixtiralar üçün Avrasiya patentləşdirmə prosedurundan ən fəal istifadə edən və ölkələrinin innovativ, iqtisadi və sosial inkişafına mühüm töhfələr verən AAPK üzvü olan dövlətlərin ixtiralarıdır:
"İnsan həyatı və sağlamlığının qorunması sahəsində ixtiraya görə" kateqoriyasında “Ürək-damar sistemlərində aortal klapanın stenozunu diaqnoz etmək üçün üsul” (“Способ диагностики стеноза аортального клапана сердечно-сосудистой системы”) ixtirasına - Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun ixtiraçı kollektivi (T.Əliyev, A.Rzayev, Q.Quluyev, E. Rzayev, N.Rzayeva) laureat olmuş və gümüş medala layiq görülmüşdür.
İSİ-ni təltifetmə mərasimində institutunun “Neftqazçıxarma obyektlərinə nəzarət, diaqnostika və idarəedilməsi” laboratoriyasının baş elmi işçisi, t.e.d., professor Abbas Rzayev təmsil etmişdir.