Sentyabrın 16-da AMEA-nın Rəyasət Heyətində Bilik Günü münasibətilə tədbir keçirilib.
16.09.2019 / XəbərlərTədbirdə AMEA-nın magistrantlarına tələbə biletləri təqdim olunub. Daha sonra AMEA-nın magistraturasında nümunəvi və məhsuldar pedaqoji fəaliyyətinə görə fizika-riyaziyyat elmləri doktoru, professor Şakir Nağıyev, fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanov, kimya elmləri doktoru, professor Nizami Zeynalov, biologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev və Aynur Məhərrəmova AMEA prezidentinin mükafatı ilə təltif olunublar. Sonda Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdirləri - Almaz Tağıyeva, Nizami Mürsəlov və həmin institutun böyük elmi işçisi Məhyəddin İskəndərov, İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva, İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmovaya döş nişanları təqdim edilib.