İSİ əməkdaşlarının X Beynəlxalq ICSCCW – 2019 Konfransında iştirakı
28.08.2019 / Xəbərlər27-28 avqust 2019-cı il tarixində Çexiya Respublikasının Praqa şəhərində “Yumşaq Hesablamalar, Söz və Ifadələrlə hesablamaların Nəzəriyyəsi və Tətbiqi” (ICSCCW – 2019) beynəlxalq konfrans keçirilmişdir. İdarəetmə Sistemləri İnstitutunun (İSİ-nun) alimləri konfransda məruzələri ilə çıxış etmişdirlər.
İSİ-nun "Fazi iqtisadiyyat” laboratoriyasının rəhbəri, iqtisad elmləri doktoru, professor, AMEA-nın müh. üzvü İmanov Qorxmaz Cahangir oğlu " Fuzzy estimation level of country’s social security ” adlı məruzəsi ilə konfransda iştirak etmişdir.
Eyni zamanda institutun "Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasının baş elmi işçisi, texniki elmlər doktoru, professor Rzayev Ramin Rza oğlu konfransda "Evaluation of Financial Stability of Azerbaijan Commercial Banks using the Fuzzy Logic Methods” adlı məruzəsi ilə çıxış etmişdir.