İSİ-nin əməkdaşları Helsinki şəhərində ICT Proposers' Day 2019 Digital Excellence Forumda iştirak etmişdilər
20.09.2019 / Xəbərlər19-20 sentyabr 2019-cu il tarixlərində Finlandiyanın Helsinki şəhərində HORİZON2020-nin müsabiqələrində iştirak etmək və layihə təklifi vermək istəyənlər üçün ICT Proposers' Day 2019 Digital Excellence Forumda Face-2-Face Əlaqələndirmə adlı tədbir keçirilib.
Tədbirdə İdarəetmə Sistemləri İnstitutunun (İSİ-nin) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, HORİZON 2020 Proqramının Qanunvericilik və Maliyyə üzrə Azərbaycanın milli təmsilçisi Tofiq Babayev iştirak edərək, Azərbaycan alimlərinin layihələrini ikitərəfli görüşlərdə təqdim etmişdir, o cümlədən:
1. İSİ-nin 1.8 saylı “Qeyri-stasionar proseslərin real vaxt rejimində analizi üsulları” laboratoriyasının rəhbəri t.f.d. Tahir Əlizadənin “Noise Monitoring of the Condition of Offshore Platforms” layihəsi;
2. İSİ-nin 1.7 saylı “İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasınin rəhbəri r.ü.f.d. Gülçin Abdullayevanın “Developing The Intelligent System for Treatment of Musculoskeletal Infections (Msi) Patients ” layihəsi;
3. İSİ-nin 1.2 saylı "Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasının baş elmi işçisi, t.e.d. , professor Ramin Rzayevin “Comprehensive assessment and monitoring of financial stability of commercial banks using fuzzy methods for data analysis” layihəsi;
4. Azərbaycan Texniki Universitetı və İSİ-lə birlikdə hazırlanmış “Using the Theory of Fuzzy Sets and Noise Analysis Technologies to Improve The reliability and Safety of the Control of the Chassis of a Railroad Truck” layihəsi;
5. Milli Aerokosmik Agentliyinin “Application of modern space technologies for control of a condition and a choice of optimum routes of laying of the main oil and gas pipelines” (Fərid Səmədov) layihəsi;
6. Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin (ADNSU-nin) “From hydrogen to biofuel using microalgae and CO2: A dream come true” (Qəhraman Həsənov) layihəsi;
7. Azərbaycan alimi Ramiz Quliyevın “Development of a robotic boxing bag designed to improve punches in martial arts”, “Development of a robotic boxing bag designed to improve strokes in martial arts” layihələri;
Azərbaycan alimlərinin layihələri Face-2-Face Əlaqələndirmə tədbirində böyük marağa səbəb olmuş və aşağıda göstərilən şirkətlərin nümayəndələri Azərbaycan alimləri ilə birgə layihələrdə iştrak etmək marağını bildirmişdilər:
1. Easy Global Market (Fransa)
2. Pal Robotics SL (İspaniya)
3. Turkish Petroleum Refineries Corp (Tupras) (Türkiyə)
4. SDU (Danimarka)
5. Forthnet (Yunanıstan)
6. Symptoma GmbH (Avstriya)
7. Neat S.r.l. (İtaliya)
8. Eight Bells LTD (Kipr)
9. University of Maribor, Faculty of Electrical Engineering and Computer Science (Sloveniya)
10. ARATOS.NET (Yunanıstan)
11. Agence Ad'Occ (Fransa)
12. Institute of Entrepreneurship Development (Yunanıstan)
13. Options.Net (Yunanıstan)
14. Edikanfo Progressive Foundation (Braziliya)
15. Varşava Texnologiya Universitetı (Polşa)
16. BYS Group İnformation Systems Consulting (Türkiyə)
17. İNCOTEC (İspaniya)
18. UİİP NAS (Belarusiya)
19. Kuveyt Türk Participation Bank (Küveyt və Türkiyyə)
Eyni zamanda İSİ-nin aparıcı elmi işçisi Elxan Səbziyev "Teamwork of machines"layihə təklifi ilə Forumda fəal iştirak edib.