AMEA-nın müxbir üzvü, prof. K.R.Aydazadə Monteneqroda keçirilən beynəlxalq konfransda iştirak edib
06.10.2019 / XəbərlərİSİ-nin 3-1 saylı laboratoriya müdiri AMEA-nın müxbir üzvü, prof. K.R.Aydazadə 24.09.2019 tarixindən 05.10.2019 tarixinədək (Monteneqroda) Podqoritsa, Petrovac şəhərlərində ezamiyyətdə olmuşdur.
K.R.Aydazadə Ezamiyyət Proqram Komitəsinin üzvü kimi OPTİMA-2019 beynəlxalq konfransın işlərinin təşkilində, konfransın materiallarına rəy verilməsində, sortlaşdırılmasında və konfrans materiallarının Springer nəşriyyatında nəşr olunması üçün hazırlanmasında iştirak etmişdir. Professor konfrans zamanı seksiya rəhbəri olmuş, həmçinin 3-1 saylı laboratoriyanın əməkdaşları tərəfindən hazırlanmış 3 seksiya məruzəsi etmişdir.
1. K. Aida-zade and V. Abdullayev “On an inverse problem for the rod heating process”
2. K. Aida-zade and A. Rahimov “To numerical solution of a class of inverse problems on identification of right-hand side of parabolic equation”
3. K. Aida-zade and V. Hashimov “The numerical solution of a problem of extinguishing of vibrations of a membrane with pointed pulse influences with feedback”
Həmçinin “OPTİMA” konfransının 10 illik, akademik Yu.Q. Evtuşenkonun 80 illik yubileyi münasibətilə təşkil olunmuş iclasda Əşrəfova Y.R. ilə birgə olan “Numerical method for solving the problem of optimal control by system ODE of a block structure” mövzusunda plenar məruzə ilə çıxış etmişdir.
Qeyd edək ki, OPTİMA-2019 konfransı Çernoqoriyanın paytaxtı Podqoritsadan 40 km uzaqlıqda yerləşən Petrovac şəhərində keçirilirdi. Konfrans Çernoqoriya Elmlər Akademiyası (Podoritsa şəhəri) və Rusiya Federasiyası Elmlər Akademiyası (Moskva şəhəri) tərəfindən təşkil olunmuşdu.