İSİ-nin əməkdaşı t.ü.f.d., Tofiq Babayev Finlandiyada keçirilən «Digital Transport Days» adlı konfransında iştirak edib
09.10.2019 / Xəbərlər8-9 oktyabr 2019-cu il tarixlərində Azərbaycan AMEA İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Qanunvericilik və Maliyyə istiqaməti üzrə Milli təmsilçisi, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə ekspert Tofiq Babayev, Azərbaycan Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir qrup əməkdaşı ilə birlikdə Avropa Komissiyasının Directorate General for Mobility and Transport və Finlandiyanın Nəqliyyat və Rabitə Nazirliyi birgə təşkil etdiyi «Digital Transport Days» konfransında iştirak etmişdir.
Konfransda Avropa Birliyinin son illərdə HORİZON2020 proqramının dəstəyi ilə yaradılmış və nəqliyyatın rəqəmsallaşdırmasına həsr edilmiş layihələrlə tanış olmuşdur.