“EU4Digital” layihəsi çərçivəsində Elektron Ticarət Şəbəkəsinin 7-ci görüşü keçirilmişdir
11.10.2019 / Xəbərlər10-11 oktyabr 2019-cu il tarixlərində Avropa Komissiyasının “EU4Digital” layihəsi çərçivəsində Elektron Ticarət Şəbəkəsinin 7-ci görüşü keçirilmişdir. Şərq Tərəfdaşlığı ölkələrininin və Avropa Birliyinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan nümayəndə heyəti Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Azər Əliyev, Azertelecom Birliyinin direktor müavini Azər Bayramov və EU4Digital layihəsinin Azərbaycan üzrə Elektron Ticarət eksperti Tofiq Babayev də iştirak etmişdir.
Eyni zamanda 10 oktyabr tarixində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələri arasında Rəqəmsal Nəqliyyat Dəhlizi layihələri müzakirə edilmişdir. 11 oktyabr tarixində görüşdə “EU4Digital” layihəsinin Elektron Ticarət istiqamətində pilot layihələrinin yerinə yetirilməsi üzrə müzakirələr keçirilmişdir. T. Babayev öz çıxışlarında Azərbaycan üzrə aparılmış sorğuların nəticələri və Azərbaycanın iştirak edəcəyi layihələri barəsində məlumat vermişdir.