“Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsinə aid seminar keçirilmişdir
17.10.2019 / Xəbərlər16-17 oktyabr 2019-cu il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində seminar keçirilmişdir. Seminarın keçirilməsində əsas məqsəd Koreyanın innovasiyaların sənayedə tətbiqi sahəsində təcrübəsinin öyrənilməsi, həmçinin Koreya ilə Azərbaycan arasında elm və texnologiya sahəsində davamlı inkişaf edən əməkdaşlığa nail olmaqdır. Seminarda AMEA YTP, STEPI, Koreyanın Hanbat Universitetinin mütəxəssisləri tərəfindən Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki statusunun qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi, eləcə də texnologiya transferi və elmin kommersiyalaşdırlması sahəsində Koreya təcrübəsinə dair təqdimatlar (Azərbaycan dilinə tərcümə ilə) edilmişdir. Seminarda İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin elmi işçisi Valeriya Puşnova iştirak etmiş və sertifikatla təltif olunmuşdur.