İSİ-nin əməkdaşları Bakı E-Ticarət Forumunda iştirak ediblər
22.10.2019 / Xəbərlər21-22 oktyabr 2019-cu il tarixlərində elektron ticarət dünyasının 2019-ci il üzrə ən maraqlı beynəlxalq tədbiri Bakı E-ticarət Forumu (BEF 2019) keçirilmişdir.
İki günlük Forumda 30-dan artıq çıxış, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformaları, master-klass və 300-dən artıq iştirakçı olmuşdur: beynəlxalq təşkilatlar, mikro, kiçik və orta sahibkarlar, dövlət qurumlarının nümayəndələri, icitmai təşkilatlar, investorlar və startaplar. BEF 2019 da sahəsinin inkişafı üzrə ən qabaqcıl ideyaların mübadiləsi üçün imkanlar yaradılmışdır.
Bu tədbirdə İSİ-nin “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Qanunvericilik və Maliyyə istiqaməti üzrə Milli təmsilçisi, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə ekspert Tofiq Babayev, həmçinin elmi işçisiləri Valeriya Puşnova, Sevinc Babayeva və laborantı Firəngiz İmanova da iştirak ediblər.