AMEA İSİ əməkdaşı Elxan Səbziyev "Horizon 2020" proqramı üzrə maarifləndirici seminarda iştirak edib
30.10.2019 / XəbərlərOktyabrın 30-da AMEA-nın Neft və Qaz İnstitutunda Avropa Komissiyasının "Horizon 2020" proqramı üzrə növbəti maarifləndirici seminar keçirilib.
Üç gün davam edəcək tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Avstriyanın Sosial İnnovasiya Mərkəzinin layihə meneceri və tədqiqatçısı Martin Felix Gajdusek və Almaniya Aerokosmika Mərkəzinin elmi işçisi Matthias Vurch, akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, Azərbaycanın digər elm və təhsil ocaqlarının, həmçinin dövlət qurumlarının nümayəndələri, eləcə də Avstriya və Almaniyadan alimlər iştirak ediblər.
Həmçinin "Horizon 2020" proqramı üzrə maarifləndirici seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Elxan Səbziyev iştirak edib.
Link: http://www.science.az/news/open/11414