Elmi şuranın növbəti iclası keçirildi
01.11.2019 / Elmi şuranın iclasları1 noyabr 2019-cu ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi. İclasda 2.1 saylı “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının, 2.5 saylı “Diskret optimallaşdırılma modelləri və üsulları” laboratoriyasının, 3.6 saylı “Biliklərin intellektual analizi” laboratoriyasının, 2.4 saylı “Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə” laboratoriyasının və Gənc alim və mütəxəssislər şurasının sədri, r.ü.f.d., dos. Rəşad Məstəliyevın 2019-cu il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.