AMEA-nın müxbir üzvü, i.e.d. professor, Qorxmaz İmanov XV Beynəlxalq Seminarda iştirak etmişdir
18.11.2019 / Xəbərlər13-17 noyabr 2019-cu il tarixlərində AMEA-nın İdarəetmə sistemləri İnstitutunun (İSİ) Fazi İqtisadiyyat laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, professor Imanov Qorxmaz Cahangir oğlu İspaniyanın Barselona şəhərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının “Miqrasiya” mövzusunda keçirdiyi XV Beynəlxalq Seminarda “Emiqrasiya faktorlarının qiymətləndirilməsinin qeyri-səlis modelləri” mövzusunda məruzə ilə çıxış etmiş və iclasın IV sessiyasında keçirilən müzakirələrin moderatoru olmuşdur. Müxtəlif ölkələrdən gəlmiş alimlərlə görüşmüş və gələcək tədqiqatların istiqamətləri haqqında söhbətlər aparmışdır.