AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Azərbaycan alimləri ilə xarici şirkət nümayəndələri arasında “Skype” vasitəsilə görüş keçirilmişdir
20.11.2019 / XəbərlərAzərbaycan alimlərinin HORİZON 2020 üçün hazırladığı layihə təklifləri AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının HORİZON 2020 Proqramının Qanunvericilik və Maliyyə Aspektləri üzrə Azərbaycanın milli əlaqəndirici şəxsi Tofiq Babayev tərəfindən bu ilin 19-20 Sentyabr tarixlərində Finlandiyanın Helsinki şəhərində İCT Proposers' Day 2019 F2F görüşlərində 14 ölkənin 19 elmi-tədqiqat və konsaltinq təşkilatlarına təqdim edərək böyük marağa səbəb olmuşdur.
Bununla əlaqədar olaraq, 20 noyabr 2019-cu il tarixində T.Babayev Yunanıstan təşkilatlarının nümayəndələri ilə birgə Azərbaycan alimlərinin ICT Proposers' Day 2019 Digital Excellence Forumda Face-2-Face görüşündə Helsinki şəhərində təqdim olunan layihələrin müzakirəsinə həsr olunmuş “Skype” vasitəsi ilə görüş keçirmişdir.
Skype müzakirələrində Azərbaycan tərəfindən layihə təklifi verən alimlər, o cümlədən Azərbaycan Texniki Universitetindən kafedra müdirinin müavini, t.f.d Zöhrabov Nicat, İSİ-nin laboratoriya müdirləri, t.f.d. Tahir Əlizadə və r.ü.f.d. Gülçin Abdullayeva, baş elmi işçisi, t.e.d. professor Ramin Rzayev, elmi işçisi Sevinc Babayeva iştirak etmişlər.
Bu görüşdə Azərbaycan alimləri tərəfindən təqdim edilmiş aşağıdakı 9 layihələrə baxılmışdır:
1.Noise Monitoring of the Condition of Offshore Platforms. (İSİ)
2.Using the Theory of Fuzzy Sets and Noise Analysis Technologies to Improve the reliability and Safety of the Control of the Running Gear of the Rolling Stock. (İSİ və Azərbaycan Texniki Universitetı)
3.Comprehensive assessment and monitoring of financial stability of commercial banks using fuzzy methods for data analysis. (İSİ)
4.Developing the Intelligent System for Treatment of Musculoskeletal Infections (MSI) Patients. (İSİ)
5.Recognition of closed contours in complex ultrasound images. (İSİ)
6.Application of modern space technologies for control of a condition and a choice of optimum routes of laying of the main oil and gas pipelines. (Milli Aerokosmik Agentliyi)
7.From hydrogen to biofuel using microalgae and CO2: A dream come true. (Azərbaycan Dövlət Neft və Sənayə Universitetı)
8.Developing a football team tactics simulator and creating a European network of tactical training centers. (3D PROSPER Şirkəti)
9.Development of a robotic boxing bag designed to improve strokes in martial arts. (3D PROSPER Şirkəti)
Görüşün sonunda AB-nin HORİZON 2020 və HORİZON EUROPE proqramları üçün konsorsiumlar yaratmaq məqsədi ilə layihə təkliflərinin ilk versiyalarının hazırlanması təklif edilmişdir.