İSİ-nin laboratoriya rəhbəri, professor Məmmədov Knyaz Şiraslan oğluna “Əməkdar müəllim” adı verilib
25.11.2019 / Xəbərlər25 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin “Riyazi kibernetika” kafedrasının fizika-riyaziyyat elmləri doktoru, professor və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 2.5 saylı “Diskret optimallaşdırılma modelləri və üsulları” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Məmmədov Knyaz Şiraslan oğluna “Əməkdar müəllim” adı verilmişdir.
Hörmətli Həmkarımızı ürəkdən təbrik edirik, möhkəm can sağlığı və gələcək elmi işlərində müvəffəqiyyətlər arzulayırıq.