AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda doktorluq imtahanlarının qəbulu keçirilib
02.12.2019 / XəbərlərAMEA-nın Prezidentinin 12 noyabr 2019-cu il tarixli 741 №-li “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda doktorant və dissertantlardan doktorluq imtahanlarının qəbulu keçirilmişdir. 26 və 29 noyabr 2019-cu il tarixlərində keçirilmiş imtahanlarda 1203.01– “Kompüter elmləri” və 3338.01– “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasları üzrə 4 doktorant iştirak etmişdir.