İSİ-nin əməkdaşları XXV Beynəlxalq “Bakutel 2019” Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak ediblər
03.12.2019 / Xəbərlər3 dekabr 2019-cu il tarixində Bakı Ekspo Mərkəzində XXV Beynəlxalq “Bakutel 2019” Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi keçirildi.
Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ITU - Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi (RRB), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.
Yubiley sərgisi dünyanın 23 ölkəsini təmsil edən 235 şirkəti bir araya gətirir. Ölkələrinin ticarət palataları və səfirliklərinin dəstəyi ilə ABŞ, Belarus, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin aparıcı İT şirkətlərindən ibarət olan milli qruplar sərgidə iştirak edirlər. Sərgidə “Ericsson”, “Elcore”, “Nokia”, “CISCO”, “Huawei”, “Microsoft” kimi nəhəng xarici şirkətlərlə yanaşı, eləcə də sərginin baş sponsoru “Azercell”, eləcə də “Bestcomp Group”, “Idrak Technology Transfer”, “Smart Systems Technology” kimi yerli şirkətlər iştirak edir. Yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin geniş çeşidini “Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” kimi aparıcı peyk operatorları təqdim edir. Sərgi biznes həlləri, kiber təhlükəsizlik texnologiyaları, nanotexnologiyalar, “bulud” texnologiyaları, IoT, peyk texnologiyaları, proqram təminatı, mobil və peyk rabitəsi və digər xidmətləri təqdim edir.
Sərgi Xəzər bölgəsindəki ən böyük İT sərgisi olmaqla yanaşı, həmçinin netvorkinq və işgüzar kontaktların qurulması üçün unikal məkandır.
“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv idarəetmə üzrə həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Burada yerli və xarici iştirakçılar əyləncə, ağıllı texnologiyalar, rəqəmsal texnologiyalar, məlumatların monitorinqi və təhlili, habelə dövlət sektorundakı rəqəmsal həllər sahəsində ən son nailiyyətləri nümayiş etdirirlər.
Sərgidə İSİ-nin bir qrup əməkdaşı: “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Qanunvericilik və Maliyyə istiqaməti üzrə Milli təmsilçisi, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə ekspert Tofiq Babayev, həmçinn Sevinc Babayeva, Valeriya Puşnova , Səyyarə Hitayatzadə, Firəngiz İmanova, Aytac Mustafazadə, Pinar Quliyeva, Gülşad Əliyeva da iştirak ediblər.
XƏİŞ-in müdiri T.Babayev Rusiya Federasiyasının Sankt-Peterburq Şimal-Qərb Dövlət İ.İ. Meçnikov adına Tibb Universitetinin “Funksional Diaqnostikanın İnnovativ Metodları” laboratoriyasının müdiri Serqey Yermolovla görüşmüş və HORIZON 2020-də İSİ ilə birgə layihələrdə iştirak etmək imkanları barədə fikir mübadiləsi aparmışdır.
Mənbə: bakutel.az/az-opennews/8163.41.html