İdarəetmə Sistemləri İnstitutunda açıq dərs keçirilmişdir
04.12.2019 / Xəbərlər04 dekabr 2019-cu il tarixində İdarəetmə Sistemləri İnstitutunda magistraturada tədris olunan “Texniki və texnoloji obyektlərin kompüter modelləşdirilməsi” fənnindən “Azərbaycan əhalisinin artımı” mövzusunda açıq dərs təşkil edilmişdir. İnstitutun II kurs magistrantı Ülviyyə Kadaşeva öz təqdimatında qeyd etmişdir ki, 1896-2016-cı illər üzrə olan statistik verilənlərə əsasən əhalinin sayının dəyişməsi araşdırılmış, bu prosesə xətti və eksponensial modellər tətbiq edilərək, nəticələr müqayisə edilmişdir. Daha dəqiq nəticə verən riyazi model və statistik qiymətlərə əsasən 2029-cu ildə əhalinin sayı ilə bağlı proqnoz verilmişdir. Həmçinin, məsələnin həlli nəticəsində Visual Studio mühitində, C# proqramlaşdırma dilində yaradılmış proqram təminatınının interfeysi nümayiş etdirilərək, proqram haqqında qısa məlumat verilmişdir.
Açıq dərsdə İnstitutun direktoru, akademik Telman Əliyev, fənn müəllimi t.e.d. Fəhrad Paşayev, r.ü.f.d., dos. Elxan Səbziyev və Təhsil Şöbəsinin rəhbəri, r.ü.f.d. Sevinc Quliyeva iştirak etmişdir.