AzTU-da “Horizon 2020” proqramı üzrə seminar keçirilib
11.12.2019 / XəbərlərDekabrın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) Avropa Komissiyasının “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar keçirilib.
AzTU-nun prorektoru Sübhan Namazov universitetin elmi-tədqiqat istiqamətlərindən, alimlərinin potensialından danışıb. Prorektor Avropa Komissiyasının Tədqiqat və innovasiya üzrə “Horizon 2020” proqramının Azərbaycan alim və mütəxəssisləri üçün əhəmiyyətini vurğulayıb.
Seminarda AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi Esmira Əlirzayeva Avropa Komissiyasının çərçivə proqramının növbəti “Horizon Avropa” mərhələsi, perspektivləri, “Şərq tərəfdaşlığı” ölkələri üçün nəzərdə tutulan yeniliklər haqqında məlumat verib.
Daha sonra AMEA-nın proqram üzrə milli əlaqələndirici şəxslər – Tofiq Babayev (AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Hüquq və Maliyyə Aspektləri üzrə Milli Əlaqələndirici şəxsi, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə ekspert), Rövşən Kərəmov, İlham Hümbətov və Zaur Həsənov “Horizon 2020”-nin proqramları haqqında iştirakçılara geniş məlumat verib və sualları cavablandırıblar.
Çıxışlarda Proqram çərçivəsində hazırlanan layihələr, məqsədi, iştirak qaydaları və maliyyə şərtləri haqqında danışılıb.
Seminarda AzTU-nun professor-müəllim heyəti, dekanlar və kafedra müdirləri iştirak ediblər.
http://www.aztu.edu.az/azp/#/azp/etc/newsView.do?deptid=0&articleid=20191211140136241320