İdarəetmə Sistemləri İnstitutu əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə torpaq sahələri verildi
12.12.2019 / Xəbərlər12 dekabr 2019-cu il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması qaydaları" haqqında sənədin icrasına həsr edilmiş iclas keçirildi. İnstitutun Ümumi İşlər Üzrə direktor müavini Rauf Qədimov gündəlikdəki məsələ ilə ilə bağlı geniş izahat verdi və qeyd edib ki, sənədə əsasən ərazidə xəritələmə və sahə bölgüsü işləri aparılıb. Torpaq sahəsinin iki il müddətinə verilməsi nəzərdə tutulub, səmərəli istifadə ediləcəyi təqdirdə müqavilə uzadılacaq.
Sonda arzu edənlərin çoxluğu (21 nəfər) nəzərə alınaraq nəzərdə tutulan torpaq sahələri püşk atma metodu ilə İnstitut əməkdaşlarına verildi.