Azərbaycanlı alimlər Brüsseldə Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 7-ci toplantısında iştirak ediblər
13.12.2019 / Xəbərlər13 dekabr 2019-cu il tarixində Belçikanın paytaxtı Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı panelinin 7-cı toplantısı keçirilib.
Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin (ŞTÖ) müxtəlif dövlət, elm və təhsil qurumlarının nümayəndələrinin iştirak etdiyi toplantıda “AB və ŞTÖ arasında Tədqiqat və İnnovasiya əlaqələri üzrə 2019-cu illik Konfransının nəticələri və 2020-ci ildən sonrakı əməkdaşlıq tədbirlər panelinin müzakirəsi”, “Şərq Tərəfdaşlığında tədqiqat və innovasiyaların dəstəklənməsi”, AB-nin “EAP Plus” layihəsi çərçivəsində əldə edilmiş əsas nəticələr və əməkdaşlıq üçün təkliflər, AB-nin 12 qonşu ölkələrində texnologiyaların transferi sahəsində vəziyyətin diaqnostikası və müqayisəli analizi, “Proposal Writing Camp” və Expert Konsultasiyası keçirilən tədbir barədə məlumat, “Mariya- Skladovskaya Küri” təqaüd programı barədə, 2021-2027-ci illər üçün HORİZON EUROPE proqramı barədə məlumat və Şərq Tərəfdaşlığı ölkələrinin COST layihələrində iştirakı və digər mövzularda məruzə və təqdimatlar dinlənilib.
İclasda tədqiqat və innovasiyalar üzrə prioritet sahələr, Şərq Tərəfdaşlığının 10 illik yubileyinə həsr edilmiş tədbirlər, elmi mövzular və texnologiyaların transferi üzrə fəaliyyət istiqamətləri müzakirə edilib.
Toplantıda ölkəmizi Belçika Krallığında (Kingdom of Belgium) Azərbaycan səfirliyinin nümayəndəsi Emin Səfərov, Avropa İttifaqının “Horizon: 2020” Proqramı üzrə Azərbaycanın Milli Əlaqələndirici Şəxsləri (MƏŞ) şəbəkəsinin üzvləri: AMEA-nın İdarəetmə Sistemləri İnstitunun “Xarici Ələqalər və İnnovasiya” şöbəsinin müdiri, Hüquq və Maliyyə Aspektləri üzrə MƏŞ Tofiq Babayev, Azərbaycan Milli Antidoping Təşkilatının Strateji inkişaf meneceri, Avropa Tədqiqat Şurası üzrə MƏŞ İlham Hümbətov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri, Ərzaq Təhlükəsizliyi, davamlı kənd təssərufatı, dəniz və dəniz tədqiqatları, bioekonomika və biotexnologiya üzrə MƏŞ Nabil Seyidov və Azərbaycan Avropa Tədris Assosiasiyasının nümayəndəsi Muxtar Hacızadə təmsil ediblər.
Azərbaycan nümayəndələri toplantı gedişində müzakirələrdə aktiv iştirak etmişdilər. Eyni zamanda İ. Hümbətov Şərq Tərəfdaşlığı ölkələrinin COST layihələrində iştirakı mövzusunda təqdimatla çıxış etmiş, T. Babayev “Proposal Writing Camp” nümayəndəsi cənab Matthiuas Vurçla, Belarusiya, Gürcüstan nümayəndələri ilə görüş keçirdmişdir.