AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Gürcüstan Kənd Təsərrüfatı Akademiyası arasında görüş keçirilmişdir
18.12.2019 / Xəbərlər18 dekabr 2019-cu il tarixində Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Kənd Təsərrüfatı Akademiyasının prezidenti, akademik Quram Aleksidze və vitse-prezidenti Aleksandr Didebulidze ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Aİ-nin Horizon 2020 Proqramının Hüquq və Maliyyə Aspektləri üzrə Milli Əlaqələndirici şəxsi Tofiq Babayevi qəbul etmişdir.
Görüşdə Gürcüstan Kənd Təsərrüfatı Akademiyası (GKTA) ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (İSİ) arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılmış və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi proseslərinin modelləşdirilməsi və optimallaşdırılması üçün metodların yaradılması üzrə müzakirələr aparılmışdır.
GKTA ilə İSİ arasında Anlaşma Memorandumu imzalanması təklifi edilmişdir.