BDU-da “Horizon 2020” proqramı üzrə növbəti seminar keçirilib
20.12.2019 / Xəbərlər20 dekabr 2019-cu il tarixində Bakı Dövlət Universitetində (BDU) Avropa Komissiyasının “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar keçirilib. BDU-nun “Elm və İnnovasiyalar” üzrə prorektoru, AMEA-nın müxbir üzvü Kazımzadə Aydın Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə “Horizon 2020” proqramının Azərbaycan alim və mütəxəssisləri üçün gələcək inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.
Eyni zamanda AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Esmira Əlirzayeva Avropa Komissiyasının bu seminarda “Horizon Avropa” çərçivə proqramı və “Şərq Tərəfdaşlığı” ölkələri üçün nəzərdə tutulan yeniliklər haqqında məlumat verib. Həmçinin AMEA-nın Avropa İttifaqının Horizon 2020 proqram üzrə Milli Əlaqələndirici Şəxsləri – Rövşən Kərimov, İlham Hümbətov, Zaur Həsənov, Yaşar Ömərov, Rəhimə Qabulova və Tofiq Babayev (AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Hüquq və Maliyyə Aspektləri üzrə MƏŞ, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə eksperti) proqram haqqında iştirakçılara geniş məlumat verib və sualları cavablandırıblar. Çıxışlarda H2020 proqramı haqqında, “COST Action” layihəsi, “Mari Sklodovska-Kurie” proqramı, “Layihələrin hazırlanması və qiymətləndirmə meyarları”, “Tibb üzrə çağırışlar” barədə danışılıb.
Seminarda BDU-nun professor-müəllim heyəti, dekanlar və kafedra müdirləri də iştirak ediblər.