Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” (EAP) proqramı çərçivəsində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması” (HDM) təşəbbüsünün EU4Digital layihəsinin müzakirəsi mövzusunda görüş keçirilmişdir
26.12.2019 / Xəbərlər26 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” (EAP) proqramı çərçivəsində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması” (HDM) təşəbbüsünün EU4Digital layihəsinin müzakirəsi mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada EU4Digital layihəsinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdirləri: “İnnovasiyalar və rəqəmli inkişaf” Rəşad Əzizov, “Rabitə sahəsinin tənzimlənməsi” Əlyar Təmirov, “Nəqliyyat siyasəti” Azər Əliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Hüquq və Maliyyə Aspektləri üzrə Milli Əlaqələndirici şəxsi, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə eksperti Tofig Babayev, “Ernst and Young” şirkətinin məsləhətlər xidmətlər üzrə meneceri və EU4Digital layihəsinin Azərbaycan üzrə ölkə nümayəndəsi Anar Cəfərzadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin “Biznes analitiklər və informasiya texnologiyaları layihələri” şöbəsinin müdiri Misirxan Sadıqzadə, Məlumat Hesablama Mərkəzi Müşavir Arif Mayılov və İnformasiya-Kommunikasiya Texnologiyalarının “Tətbiqi və Tədris Mərkəzi” MMC-nin direktoru Rauf Cabbarov iştirak etmişdirlər.
O cümlədən İSİ-nin “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, T. Babayev E-Ticarət istiqaməti üzrə pilot layihələrdən və 2019-cu ildə görülmüş işlər 2020-2021-ci illər üçün Azərbaycanda həyata keçiriləcək layihələr barədə məlumat vermişdir.