İdarəetmə Sistemləri İnstitutunda magistrantların qış imtahan sessiyası keçirilir
15.01.2020 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 19 dekabr 2019-cu il tarixli 793 №-li “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən magistrantların 2019/2020-ci tədris ili üzrə qış imtahan sessiyası 2019-cu il dekabrın 30-dan 2020-ci il fevralın 1-dək keçiriləcək.
İdarəetmə Sistemləri İnstitutunda 060501- “Riyaziyyat”, 060509- “Kömpüter elmləri” və 060628- “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə I kursda təhsil alan 10 magistrant, 060509- “Kömpüter elmləri” ixtisası üzrə II kursda təhsil alan 2 magistrant sessiya imtahanlarında iştirak edir.
İmtahanlar 09, 13, 14, 16, 17, 21, 22, 24, 27, 28 və 30 yanvar 2020-ci il tarixlərinə təyin olunmuşdur.