AMEA-nın akademiki Asəf Haciyev Bolqarıstan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutunda çıxış edib
15.01.2020 / XəbərlərAMEA-nın akademiki Asəf Haciyev Bolqarıstanın Riyaziyyat İttifaqının dəvəti ilə 15 Yanvar 2020-ci tarixində Bolqarıstan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutunda çıxış edib. Məruzadə Akademik Kolmogorov tərəfindən yaradılmış Ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində alınan son nəticələr və bu istiqamətdə Kolmogorovun fəaliyyəti haqqında məlumat verilmişdir. İclasda Bolqarıstan Elmlər Aklademiyasının Prezidenti akademik Julian Revalski, Riyaziyyat və İnformatika İnstitutunun direktoru akademik Veselin Drenski, Riyaziyyat İttifaqının sədri akademik Nikolai Nikolov, akademiklər Nikolay Yanev, Peter Kenderov və digər alimlər iştrak etmişdi. Çıxışın sonunda Asəf Haciyevə Bolqarıstan Riyaziyyatçılar İttifaqının xüsusi sertifikatı təqdim olunmuşdur.