İdarəetmə Sistemləri İnstitunun laboratoriya rəhbəri vəfat etmişdir
21.01.2020 / XəbərlərUzunsürən və ağır xəstəlikdən sonra İdarəetmə Sistemləri İnstitutunun “Ekoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent, tanınmış alim Qarayev Robert 2020-ci il yanvar ayının 16-da ömrünün 81-ci ilində vəfat etmişdir.
Robert Qarayev Xəzər şelfinin neftqaz layihələrinin ekoloji təminatının modelləşdirilməsinin müasir texnologiyaları sahəsində aparıcı alimlərindən biri olmuşdur.
R. Qarayevın əsas elmi nəticələrinə aşağdakiılar aiddir :
• Kontrakt sahənin ətraf mühitinə təsirin qiymətləndirilməsi;
• Transsərhəd kontekstində Kontrakt Sahənin ətraf mühitinə təsirin qiymətləndirilməsi;
• Neft-qaz layihələrinin ekoloji ekspertizası;
• Layihələrin ekoloji menecmenti məsələlərin həlli üçün modelləşdirmənin nəzəri əsasları, metodologiyalar və intellektual (knowledge-based) vasitələr
Robert Qarayev istedadlı alim, xeyirxah insan və kollektivin böyük hörmətəni qazanmışdır.
Allah rəhmət eləsin