23 yanvar 2020-ci AMEA-Riyaziyyat və Mexanika İnstitutunda Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramı (HORİZON 2020) ilə bağlı görüş keçirilmişdir
23.01.2020 / XəbərlərGörüşdə institutun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov; İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Hüquq və Maliyyə Aspektləri üzrə Milli Əlaqələndirici şəxsi, EU4Digital layihəsində Elektron Ticarət Məsələləri üzrə eksperti, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev; Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, HORİZON 2020-nin Maria Sklodovskaya-Küri Proqramı üzrə Azərbaycanın milli əlaqələndiricisi, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov; Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, HORİZON 2020-nin İqlim Fəaliyyəti, Resurs Səmərəliyi və Xammal üzrə Milli Əlaqələndirici şəxsi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov; İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, riyaziyyat üzrə elmlər doktoru İlqar Məmmədov; Riyaziyyat və Mexanika İnstitutunun doktorantı Səbinə Cəfərova iştirak edirdilər.
Müzakirələrdə AMEA əməkdaşlarının həmin proqramda daha fəal iştirak etmə yolları barədə fikir mübadiləsi aparılmışdır. Nəticədə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda bu proqramda iştirakı təmin etmək məqsədi ilə işçi qrupunun yaradılması tövsiyə edilmişdir.
mənbə: www.imm.az