“Elmi kadrlar” Milli İnformasiya Sistemi istifadəyə verilir
28.01.2020 / Xəbərlər28 yanvar 2020-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı və elmi müəssisələrin vəzifələri ilə bağlı təlim seminarı keçirilmişdir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) elmi işlər üzrə direktor müavini, texnika elmləri doktoru, professor Oqtay Nüsrətov, elmi katib Zəhra Əzizova, Kadrlar şöbəsinin müdiri Gülnar Quliyeva və AMEA-nın elmi müəssisə və təşkilatlarının elmi işlər üzrə direktor müavinləri, elmi katibləri və Kadrlar şöbələrinin müdirləri də iştirak etmişdilər.
İclasda AMEA-da elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi və proqnozlaşdırılması, analitik və statistik təhlillərin aparılması, elektron hesabat formalarının hazırlanması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi elmi kadrlar haqqında vahid elektron informasiya sisteminin yaradılmasını zəruriliyini “Bu, bir sıra dövlət sənədlərində, o cümlədən dövlət başçısının “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli 785 nömrəli Sərəncamında və “Elm haqqında Azərbaycan Respublikasının Qanunu”nda öz əksini tapıb. Qeyd olunan dövlət sənədlərinə, eləcə də, AMEA prezidentinin 12 mart 2019-cu il 131 nömrəli sərəncamına müvafiq olaraq, AMEA İTİ-də “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb”.
Yaradılan informasiya sistemi pilot layihə kimi institutda uğurla həyata keçirilib. Sistemin istismarını həyata keçirən administrator və istifadəçilər üçün təlimatlar hazırlanıb. Sistemin veb-saytı (elmikadr.science.az) science.az domenində yerləşdirilib.
mənbə: ict.az/az/news/5237