Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Konfranslar, İclaslar, Çıxışlar
    • Görüşlər
    • Yeni nəşrlər
    • Yubileylər
    • KİV
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • Doktorantura
    • Magistratura
    • Laboratoriya seminarları
    • Gənc alimlər və mütəxəssislər şurası
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Elmi seminarlar
    • Sənədlərin siyahısı
    • Dissertasiyalara dair tələblər
    • Dissertasiyaların tərtibi qaydaları
    • Tövsiyə edilən elmi nəşrlər
    • Dissertasiyaların avtoreferatları
    • Dissertasiya şurası ilə əlaqə
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
    • Sərgi zalı
  • BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
    • Müqavilələr və Memorandumlar
    • Beynəlxalq tədbirlər, görüşlər
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan ilə Rusiya arasında elmi əməkdaşlıq perspektivləri müzakirə olunub

07.02.2020 / Konfranslar, İclaslar, Çıxışlar

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Akademiyanın Rəyasət Heyətində baş tutan görüşdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli və Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin də iştirak ediblər.

Akademik Ramiz Mehdiyev qonaqları salamlayaraq Azərbaycan və Rusiya arasında xüsusən müstəqillik illərində yaradılan və bu gün də uğurla davam etdirilən əməkdaşlıq münasibətlərindən danışıb. O, iki ölkə arasında elm sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

AMEA rəhbəri son aylarda Akademiyada aparılan quruculuq işləri və islahatlar, prioritet istiqamətlərdə həyata keçirilən tədqiqatlar, eləcə də perspektivdə nəzərdə tutulan işlərdən danışıb. Alim fundamental və tətbiqi elmlərlə yanaşı, humanitar və ictimai elmlər sahəsində də əlaqələrin genişləndirilməsinə, o cümlədən beynəlxalq elmi qurumlarla səmərəli əməkdaşlığın təşkilinə böyük önəm verildiyini vurğulayıb. Rusiya arxivlərində, xüsusilə Sankt-Peterburqda Azərbaycana aid çoxsaylı əlyazmaların, kitab və qəzetlərin mövcud olduğunu deyən AMEA-nın prezidenti bu yaxınlarda Azərbaycan alimlərinin həmin muzeylərə ezam olunacağına dair qərar verildiyini diqqətə çatdırıb.

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanla Rusiya arasındakı dərin tarixi bağlılıqdan söz açıb, təmsil etdiyi ölkə tərəfindən ikitərəfli əlaqələrə böyük diqqət yetirildiyini vurğulayıb. Rusiya Elmlər Akademiyası, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən aparılan genişmiqyaslı tədqiqatlar barədə məlumat verən M.Şvıdkoy bir sıra elmi-tədqiqat müəssisələri və universitetlərdə elm sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Qarşılıqlı əlaqələrin səmərəliliyinə diqqət yönəldən rəsmi qonaq Rusiyanın elmi müəssisələri, o cümlədən arxivlərində azərbaycanlı alim və mütəxəssislərin tədqiqatlar aparmaları üçün lazımi şəraitin yaradılacağını diqqətə çatdırıb.

Görüşdə, həmçinin Azərbaycanla Rusiya arasında bir sıra ortaq elmi əməkdaşlıq məsələləri müzakirə edilib, mövcud əlaqələrin genişləndirilərək yeni tədqiqat və layihələrlə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 16.01.2021
    Türkiyədə doktorantura təhsili üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb
  • 16.01.2021
    “Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu aparılır
  • 15.01.2021
    Rumıniyada 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan olunub
  • 15.01.2021
    Almaniyada doktorantura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu davam edir
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • Əlaqə
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
  • XƏBƏRLƏR
    • - Konfranslar, İclaslar
      • Dissertasiya şurasının tərkibi
      • Dissertasiya şurasının iclasları
      • Dissertasiya şurasının Elmi seminarının tərkibi
      • Elmi seminarlar
      • Sənədlərin siyahısı
      • Dissertasiyalara dair tələblər
      • Dissertasiyaların tərtibi qaydaları
      • Tövsiyə edilən elmi nəşrlər
      • Dissertasiyaların avtoreferatları
      • Dissertasiya şurası ilə əlaqə
    • Müqavilələr və Memorandumlar
    • - Beynəlxalq tədbirlər, görüşlər
      • Təklif olunan layihələr
      • Yaradılan cihazlar
      • Tətbiq işləri
      • Patentlər
      • Qrantlar
      • Sərgi zalı
    • - Yubileylər
      • Müqavilələr və Memorandumlar
      • Beynəlxalq tədbirlər, görüşlər
  • FAYDALI KEÇİDLƏR
    • Linklər
    • Yeni nəşrlər
    • Elanlar
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017