AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir
28.02.2020 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 31 yanvar 2020-ci il tarixli 37 №-li “AMEA-da doktoranturaya və dissertanturaya qəbul imtahanlarının keçirilməsi haqqında” sərəncamına əsasən 27-28 fevral 2020-ci il tarixlərində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları keçirilmişdir. İmtahanlarda 1203.01– “Kompüter elmləri” ixtisası üzrə 3, 5302.01– “Ekonometriya” ixtisası üzrə 1 iddiaçı iştirak etmişdir.