AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanın ilk qadın riyaziyyatçı professoru Tamilla Nəsirovanın 80 illik yubileyi qeyd olundu

20.10.2016 / Xəbərlər

Oktyabrın 20-də AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Əməkdar müəllim, Azərbaycanın riyaziyyat üzrə ilk qadın elmlər doktoru, professor Tamilla Nəsirovanın 80 illiyinə həsr olunan yubiley iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Telman Əliyev alimin keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açdı. Bildirdi ki, məhsuldar yaradıcılıq yolu keçmiş Tamilla Nəsirova Rusiya və Ukraynada yaranmış "Kolmoqorov- Qnedenko - Skoroxod” elmi məktəbinin yetirməsidir. Riyaziyyatın fundamental sahələrindən biri sayılan ehtimal nəzəriyyəsində aldığı nəticələr onu elm yollarında irəliyə aparmışdır.

Sonra T.Əliyev alimə elmdə göstərdiyi xidmətlərə görə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanını təqdim etdi.

Professor T.Nəsirovanın elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edən institutun laboratoriya müdiri, müxbir üzv Ağası Məlikov alimin həyat yolunun gənc riyaziyyatçılar üçün örnək olduğunu diqqətə çatdırdı. Bildirdi ki, T.Nəsirova 1953-cü ildə Bakıda 176 saylı orta məktəbi qızıl medalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra isə o, AMEA-nın Kibernetika İnstitutuna təyinatla işə götürülmüşdür. Həmin il aspiranturaya daxil olmuş, Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna, oradan isə Moskva Dövlət Universitetinə göndərilmişdir.

Qeyd olundu ki, T.Nəsirova 1964-cü ildə Daşkənd Dövlət Universitetində namizədlik, 1994-cü ildə isə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1995-ci ildə BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının professoru seçilmişdir. 1984-cü ildə "Elm” nəşriyyatında çapdan çıxmış "Yarımmarkov dolaşma prosesləri” (rus dilində) monoqrafiyası alimin sonrakı yaradıcılığında əsaslı dönüş yaratmışdır.

A.Məlikov vurğuladı ki, T.Nəsirova çox geniş tətbiq sahəsinə malik olan  semimarkov prosesləri  üçün erqodik teorem isbat etmişdir. O, semimarkov proseslərinin tədqiqində prosesin və onun sərhəd funksionallarının paylanmasının tapılması üçün öz metodunu vermişdir. Alim üç müxtəlif tip semimarkov prosesləri arasında əlaqə yaratmışdır. Alim, həmçinin Erlanq paylanmaları halında semimarkov proseslərinin tədqiqi üçün də üsul  yaratmışdır.

Qeyd edildi ki, T.Nəsirova 75 elmi məqalə, 3 monoqrafiya və 4 kitabın müəllifidir. Riyaziyyat üzrə yetişdirdiyi 10 fəlsəfə doktoru onun yaratdığı elmi-pedaqoji məktəbin davamçılarıdır.

Daha sonra alimin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirildi.

Tədbirdə AMEA-nın müxbir üzvləri Bilal Bilalov, Ayda-zadə Kamil, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Səyyar Abdullayev, riyaziyyat üzrə fəlsəfə doktoru Könül Ömərova, Azərbaycan Pedoqoji Universitetinin dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Cəfərov Kəməndar, Azərbaycan İqtisad Universitetinin riyaziyyat üzrə fəlsəfə doktoru Əliyeva Təranə, Azərbaycan Texniki Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Qasımov Adil və başqaları çıxış edərək alimi 80 illik yubileyi münasibətilə təbrik etdilər, onun Azərbaycanın riyaziyyat elminin inkişafındakı xidmətlərindən, rəhbər kimi müsbət cəhətlərindən söhbət açdılar, nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirdilər.

Sonda T.Nəsirova ona ünvanlanan təbriklərə və xoş sözlərə görə institutun kollektivinə minnətdarlığını bildirib.

Mənbə: Science.az

Tweet
ELANLAR
  • 20.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 14.11.2025
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 12.11.2025
    IV Beynəlxalq "Vahid Sağlamlıq: Problemlər və Həllər" adlı konfrans keçiriləcəkdir
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi