AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun karantin dövründə elmi fəaliyyəti haqqında məlumat
17.04.2020 / XəbərlərKarantin dövründə də İnstitutun elmi fəaliyyəti aktiv davam etdirilir. 2020-ci ilin elmi-tədqiqat iş planına uyğun tədqiqatlar yerinə yetirilir.
Elmi əsərlər yazılır, onlardan bir qismi tanınmış xarici jurnallarda çapa qəbul edilib, bir qismi çapa təqdim olunub, patentlər alınır və hazırlanır, keçirilməsi nəzərdə tutulmuş konfranslara məruzələr təqdim edilir, əməkdaşlar, dissertantlar tərəfindən dissertasiya işləri üzərində işlər davam etdirilir, İnstitutun I kurs magistrantları üçün distant (məsafədən) dərslər təşkil olunub, II kurs magistrantlar online keçirilən dərslərə qoşularaq elmi-pedaqoji təcrübə keçirlər və dissertasiya işlərini vaxtında tamamlamaq üçün elmi rəhbərləri ilə online rejimdə müzakirələr aparırlar və s.
Institutun əməkdaşları tərəfindən:
Bir avroasiya patenti alınmı.dır və iki patent Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə Avroasiya patenti alınması üçün təqdim edilmişdir.
17 elmi əsər dərc olunmuşdur, onlardan 11 məqalə, onlardan 9 tanınmış xarici jurnallarda, o cümlədən 5-i Veb of Science bazasında; 6-ı xaricdə keçirilən Beynəlxalq konfrans materiallarında: Ukrayna (Xarkov), Bolqariya (Borovets). Bunlardan başqa 4 mərüzə təqdim edilmişdir Respublikada keçirilməsi planlaşdırılan konfranslara.
İnstitutun alimləri tərəfindən 13 məqalə nufuzlu xarici jurnallarda (o cümlədən 4-ü Veb of Science və 2-Scopus və Springer nəşriyyatına) çapa qəbul edilmişdir və 19 məqalə çapa təqdim olunmuşdur, onlardan 15 xarici jurnallara, o cümlədən 6 Veb of Science və 3-ü Skopuc bazalarda yerləşən.
Həmçinin 8 məqalə müxtəlif jurnallara və 3 monoqrafiya çapa təqdim etmək üçün hazırlanmışdır, xaricdə və Respublikada keçiriləcək Beynəlxalq konfranslara 11 əsər təqdim edilmişdir.
İnstititun əməkdaşları tərəfindən 2 elmlər doktoru və 4 fəlsəfə doktoru elmi dərəcə almaq üçün dissertasiya işi başa çatdırılmışdır.
Həmçinin, magistrantlarla elmi rəhbərlər arasında dissertasiya işi üzrə onlar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı online müzakirələr aparılır, yoxlanılır, iradlar qeyd olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Ramiz Mehdiyevin AMEA-nın magistraturasında təhsil alan magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini, həmçinin tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında sərəncam imzalamışdır.
İnstitutda 29 mart 2020-ci il tarixindən başlayaraq I kurs magistrantlar üçün distant tədris təşkil edilmişdir. Hal-hazırda İnstitutun I kurs magistraturasında “Riyaziyyat”, “Kompüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə 10 magistrant təhsil alır.
İnstitutun tədris prosesinə cəlb edilmiş alimləri öz işçi planlarında (sillabuslarda) nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən müxtəlif proqram-texniki vasitələr ilə həyata keçirir, mühazirə və təqdimatların, tapşırıqların elektron variantını e-poçt vasitəsilə magistrantlara göndərir, onlarla online rejimində dərslər təşkil edirlər. İnstitutda təhsil alan II kurs magistrantlar da online dərslərdə iştirak edərək elmi-pedaqoji təcrübə keçirlər. Onlar həmçinin dissertasiya işlərini vaxtında tamamlamaq üçün elmi rəhbərləri ilə online rejimdə müzakirələr aparırlar.
İnstitutun Təhsil Şöbəsi dərslərin gedişatına nəzarət edərək hər gün müəllimlərdən və magistrantlardan məlumatları və dərs prosesində çəkilmiş şəkilləri alaraq mütəmadi olaraq AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura Şöbəsinə təqdim edir.