İqtisadi-riyazi modelləşdirmə üzrə Elmi şuranın iclasında 7 dissertasiya mövzusu müzakirə edilib
16.06.2020 / Xəbərlərİqtisadi-riyazi modelləşdirmə üzrə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Elmi şurasının onlayn rejimdə növbəti iclası keçirilib.
Şuranın sədri, AMEA-nın müxbir üzvü Akif Musayevin sədrliyi ilə keçirilən iclasda 2 elmlər doktoru və 5 fəlsəfə doktoru proqramı üzrə 7 dissertasiya işi müzakirəyə çıxarılıb.
AMEA-nın İqtisadiyyat İnstitutundan 2, İdarəetmə Sistemləri İnstitutundan 4, Bakı Dövlət Universitetindən 1 nəfər olmaqla, ümumilikdə 7 doktorant və dissertantın mövzusu müzakirə edilərək qeydiyyata alınıb.
mənbə: science.gov.az