AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda koronavirusa qarşı dezinfeksiya aparılıb
19.06.2020 / XəbərlərAMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı profilaktik tədbirlər haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə İdarəetmə Sistemləri İnstitutunda iyunun 18-19-də dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, institutda Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına ciddi riayət edilir, qabaqlayıcı tədbirlər görülür. Belə ki, mövcud profilaktik vəziyyət nəzərə alınaraq, qoruyucu tibbi maska və dezinfeksiya vasitələrindən istifadə olunur, müəyyən olunmuş sosial məsafəyə diqqət yetirilir.