AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda magistrantların yay imtahan sessiyası keçirilir
03.07.2020 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 01 iyun 2020-ci il tarixli 144 №-li Sərəncamına əsasən I kurs magistrantların 2019/2020-ci tədris ili üzrə yay imtahan sessiyası 2020-ci il iyunun 15-dən iyulun 15-dək keçirilir.
İdarəetmə Sistemləri İnstitutunda imtahanlar 03, 06, 09, 10, 13 və 14 iyul 2020-ci il tarixlərinə təyin edilmişdir. Pandemiya şəraiti ilə əlaqədar olaraq imtahanların Zoom və Skype proqramları vasitəsilə online şəkildə keçirilməsi təşkil edilmişdir.
İdarəetmə Sistemləri İnstitutunda 060501– “Riyaziyyat” ixtisası üzrə 2, 060509– “Kömpüter elmləri” ixtisası üzrə 6, 060628– “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 2 nəfər magistrant sessiya imtahanlarında iştirak edir.
İlk imtahanlar 03 iyul tarixində “Riyaziyyat” ixtisası üzrə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Saqif Hüseynovun tədris etdiyi “Tamədədli proqramlaşdırma məsələləri” və “Kompüter elmləri” ixtisası üzrə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elxan Səbziyevin tədris etdiyi “İdarəetmə obyektlərinin və sistemlərinin riyazi modelləşdirilməsi” fənnlərindən keçirilmişdir.
İmtahanda AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura Şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak etmişdir.