Gənclərdən düşmənə qarşı İnformasiya savaşı
16.07.2020 / XəbərlərAzərbaycan müstəqilliyinə nail olduqdan sonra ölkədə milli təhlükəsizliyinin əsas problemlərindən biri vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyinin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi olmuşdur. 1998-ci il aprelin 3-də ölkəmizdə ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanun qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzaladıqdan sonra ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiyanın yeni mərhələsi başladı.
Müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması ən vacib məsələlərdir və milli təhlükəsizliyə informasiyaların ciddi zərər yetirməməsi baxımından olduqca əhəmiyyətlidir.
Artıq Qarabağ münaqişəsi regional xarakterini itirib və qloballaşmış bir problemə çevrilməyə başlayıb. Olduqca geostrateji bir bölgədə olduğundan münaqişənin regiona təhlükə yaratmasında informasiya çox mühüm rol oynayır.
Bildiyimiz kimi, bu gün də ermənilər xarici ölkələrdə olan diasporların dəstəyi ilə Azərbaycana qarşı informasiya mübarizəsi aparırlar. Ermənilərin təsiri altında olan təşkilatlar da beynəlxalq ictimai rəydə Azərbaycanla bağlı mənfi rəy formalaşdırmağa davam edirlər. Hətta Amerika mətbuatında Xocalıdakı soyqırımı əks etdirən şəkilləri dərc edib və öldürülən Azərbaycan vətəndaşlarını erməni kimi təqdim edərək, özlərini zərərçəkən kimi qələmə verirlər. Bu kimi faktlar ermənilər tərəfdən yüzlərlə qeyd etmək olar...
Dünya ölkələri pandemiya şəraitində yaşadığı vaxtda, insanların virusla mübarizə apardığı şəraitdə ermənilər dövlət sərhəddinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq hərbi təxribata əl atdılar. Düşmən hücumunun qarşısını alarkən döyüşdə igid oğullarımızın qanı töküldü torpağımız uğrunda. Onlar uca zirvəyə çatdılar-Vətən uğrunda şəhid oldular!... Ermənilər son günlər törətdiyi əməlləri ilə bir daha dünyaya özlərinin hiyləgər və terrorçu millət olduqlarını sübut etdilər!
Ermənistan kütləvi informasiya vasitələrində bu gün də döyüş bölgələrindən həqiqətə uyğun olmayan yalan məlumatlar yayımlanır və ictimaiyyətdə ölkəmizə qarşı, hal hazırkı münaqişəyə qarşı mənfi rəy yaratmağa çalışırlar. Və Biz gənclər bu gün birləşərək həmrəy olmalıyıq və düşmənə qarşı informasiya savaşında fəal iştirak edərək bu savaşda qalib gəlməliyik. İnformasiya savaşı ən çox internet vasitəsilə aparılır və bu savaşın qarşısının alınmasında internetin də rolu danılmazdır. Biz gənclər Azərbaycanın haqq səsini dünyaya çatdırmalı, anti-Azərbaycan təbliğatı aparanlara tutarlı cavablar verməliyik.
Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğı nəticəsində Azərbaycanda aparılan islahatlarda gənclər hər sahədə fəaldırlar. Bu an Cənab Prezidentin sözləri yada düşür – “Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda”. Ölkəmizdə gənclərimizin intellektual fəaliyyətinin düzgün istiqamətləndirilməsi və nailiyyətlərin əldə olunması üçün mükəmməl şərait yaradılıb. Biz gənclər yaradılan şəraitdən düzgün bəhrələnərək respublikanın ictimai-siyasi hayatında iştirak edərək ölkə prezidentinin bizə göstərdiyi etimadı doğrultmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur!
Biz əminliklə söyləyirik ki, hər bir şəhidimizin qisası qan bahasına alınacaqdır!
İ.ü.f.d Aygün Əkbər qızı Əliyeva