Azərbaycan alimlərinin yeni monoqrafiyası nəşr olunmuşdur
13.10.2014 / Nəşr fəaliyyətiAMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları, "Sosial-iqtisadi proseslərin modelləşdirilməsi” laboratoriyasının müdiri, iqtisad elmləri doktoru professor Yadulla Həsənli və iqtisad üzrə fəlsəfə doktoru Səyyad Ağayevin "Vergi ödəyicilərinin vergidən yayınma risklərinin qiymətləndirilməsi” ("Assessment Of Tax Evasion Risks Of Tax Payers”) adlı yeni monoqrafiyası çapdan çıxıb. Monoqrafiya Almaniyanın "LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən ingilis dilində nəşr olunub.
Kitab bu sahədə iqtisadçılara aydın və geniş tanışlıq verir. Kitabın məqsədi vergidən yayınan riskli vergi ödəyicilərini müəyyən etməkvə vergidən yayınma problemlərinin həllinə kömək etməkdir. Kitabda statistik metodları tətbiq etməklə bu problemlər həll edilir. Burada riskli vergi ödəyicilərinin aşkarlanmasında bir sıra praktiki yanaşmalar verilir. Bu kitab vergi və maliyyə sahəsində çalışan iqtisadçılar üçün nəzərdə tutulub. Kitab tələbələr, vergi işçiləri və tədqiqatçılar üçün faydalıdır.