İSİ-nin əməkdaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elmi Şurasının İnnovasiyalar və Yüksək Texnologiyalar bölməsinin üzvü seçilmişdir
15.09.2020 / XəbərlərAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"nin 5.15-ci bəndinə uyğun olaraq, Nəqliyyat, o cümlədən, dəniz nəqliyyatı və mülki aviasiya, rabitə, innovasiya və yüksək texnologiyalar sahələrində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün 9 sentyabr 2020-ci il tarixində, Ə-112/20 saylı əmrə əsasən “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elmi-Texniki Şurası” yaradılmışdır.
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri Tofiq Əli İkram oğlu Babayev “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elmi Şurasının İnnovasiyalar və Yüksək Texnologiyalar” bölməsinin üzvü seçilmişdir.