İSİ-nin əməkdaşının məqaləsi AMEA-nın «Elm və Həyat» elmi-populyar jurnalında çap edilmişdir
25.09.2020 / Xəbərlər2020 - ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin elmi işçisi Puşnova Valeriyanın “Cəmiyyətin innovativ fəaliyyətinin nəticəsi olan beynəlxalq gənclik layihələri” mövzusunda məqaləsi «Elm və Həyat» elmi-populyar jurnalında çap edilmişdir:
1. “Cəmiyyətin innovativ fəaliyyətinin nəticəsi olan beynəlxalq gənclik layihələri”. AMEA «Elm və Həyat» Elmi-populyar jurnalı (ISSN-04-86), № 1-2 (467-468), 2020.
“Hal-hazırda dünya və cəmiyyət daim hərəkət və inkişafdadır. Müasir insan həyatı özünü innovasiya kimi təqdim edən və ya daha doğrusu, insanın həyat fəaliyyəti bu istiqamətdə müasir texniki innovasiyalarsız-məişət texnikası, telefon, kompüter, maşın və digər texniki vasitələr olmadan mümkün deyildir. ” – bu cümlələrlə müəllif müasir texnologiyanın həyatımızda, insan cəmiyyətində mühüm rol oynadığını oxucuya çatdırmaq istəmişdi.