Gənc alimlər düşmənə qarşı savaşa hər an hazır olmalıdırlar
29.09.2020 / Xəbərlər AMEA İdarəetmə Sistemləri İnstitutunun gənc alimləri Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına qoşularaq səhhəti qaydasında olan hər kəsi qanvermə aksiyasında fəal iştirak etməyə səsləyir.
İnstitutun “İctimaiyyətlə Əlaqələr” sektorunun rəhbəri və GAMŞ sədr müavini i.ü.f.d. Aygün Əkbər qızı Əliyeva gənc alimləri bu ağır günlərdə ikiqat çalışmağa və ehtiyac olduğu anda strateji tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə hazır olmağa səsləyib. Gənc alim hisslərini şeirlə bildirmişdir.
Azərbaycan yaşa! Vətənim Yaşa!
Böyük tarix yazır xalqımız bu gün,
Göstərir düşmənə sarsılmaz gücün
Vətənpərvər millət deyəcək sözün:
Azərbaycan yaşa! Vətənim Yaşa!
Çox bəlalar gəldi xalqın başına,
Analar büründü göz yaşlarına,
Yazaq Qarabağın hər qarışına
Azərbaycan yaşa! Vətənim Yaşa!
Vətənin qeyrətli oğulları çox,
Qələbə bizimdir, başqa yolu yox!
Düşmən ürəyinə sancılacaq ox
Azərbaycan yaşa! Vətənim Yaşa!
Üç rəngli bayrağım uca dalğalan
İlham ver bizlərə hər zaman, hər an!
Axmasın torpaqda bir də nahaq qan
Azərbaycan yaşa! Vətənim Yaşa!
Yumruq tək birləşib Vətən yolunda,
Ali Baş Komandanın olaq yanında!
Vardır böyük qüdrət hər qərarında
Azərbaycan yaşa! Vətənim Yaşa!