AMEA İdarəetmə Sistemləri İnstitutunun Gənc Alimləri informasiya savaşına qoşularaq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır
19.10.2020 / Xəbərlər16 oktyabr 2020 il tarixində İSİ Gənc Alim və mütəxəssislər şurası üzvləri “Düşmənə qarşı informasiya savaşı” şuarı altında seminar keçirərərk gənc alimləri informasiya savaşında fəal iştirak etməyə çağırıblar.
Gənc alimlər iclasa şəhidlərin ruhunu 1 dəqiqəlik sükütla yad edərəq başlamışdırlar. Seminarda GAMŞ sədri r.ü.f.d., dosent Rəşad Məstəliyev “Qarabağ Azərbaycanındır” mövzusu ətrafında çıxış edərək gənc alimlərə Qarabağ həqiqətlərini çatdırmışdır. Sədr müavini i.ü.f.d. Aygün Əliyeva gəncləri informasiya savaşında fəal olmağa çağıraraq, gəncləri xəbər paylaşaraq daha diqqətli olmalarına və rəsmi informasiyalardan istifadə etməyə yönəltmişdir.