AMEA İdarəetmə Sistemləri İnstitutunun alimləri Rusiyada keçirilən DYSC-2020 beynəlxalq elmi konfransda məruzə ediblər
21.10.2020 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun alimləri Rusiyanın İrkutsk şəhərində 2020-ci il 19-22 oktyabr tarixlərində BigBlueButton platformasında Onlayn keçirilən ənənəvi beynəlxalq “Dinamik sistemlər və kompüter elmləri: nəzəriyə və tətbiqləri” DYSC-2020 elmi konfransında iştirak etmişlər. Konfrans İrkutsk Dövlət Universitetinin Riyaziyyat və İnformasiya Texnologiyaları institutunun təşkilatçılığı ilə keçirilib. Hər il ənənəvi keçirilən bu ilki konfrans prof. Nikolay Aleksandroviç Sidorovun 80, prof. Vladimir Andreyeviç Sroçkonun 75- illik yubileyinə həsr olunmuşdur.
Konfransda İdarəetmə Sistemləri İnstitutunun alimləri – prof. Kamil Mənsimov, r.ü.f.d., dos., Rəşad Məstəliyev “ Paylanmış stoxastik sistemlər üçün birinci və ikinci tərtib zəruri şərtlər” mövzusunda məruzə ilə çıxış etmişlər. Məruzə konfrans iştirakçılarının marağına səbəb olmuş və mövzu ərafında müxtəlif suallar verilmişdir.